Daşınma şərtləri

  • Sistemdən qeydiyyatdan keçən istifadəçi şəxsi məlumatlarının (əlaqə nömrəsi, şəxsiyyəti təsdiq edən sənədin və s.) doğru daxil edilməsinə cavabdehliyi özü daşıyır.

  • “Zamex MMC” ( VÖEN 11506303411) daşıyıcı firma olduğundan satıcı tərəfindən göndərilən məhsulun tamlığına, ölçüsünə, formasına görə cavabdehlik daşımır.

  • Hər hansı bir səbəbdən sifariş tamamlanmırsa, ödənilən məbləğ sifarişçinin kartına geri qaytarılır. Bu proses sifarişçinin bankından asılı olaraq, 3-15 iş günü ərzində həyata keçirilir. Ödəniş nəğd şəkildə qaytarılmır.

  • İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına 5-7 iş günü ərzində geri qaytarılır. 

  • Hər hansı bir səbəbdən əgər müştəri özünə aid olmayan bağlamanı təhvil  alarsa və o bağlamanı istifadə edərsə müştəri həmin bağlamanın dəyəri miqdarındakı  məbləği geri ödəyəcək.Əgər istifadə olunmayıbsa ( etiketi zədə görməyibsə ) geri verərək daşınma haqqı üçün olan məbləği geri ala bilər.

  • Maksimum 10 manat olmaqla sifariş məbləğinin 10 faizi həcmində kənarlaşma olarsa, müştəriyə məlumat verilmədən balansından silinməklə sifariş həyata keçirilir.

  • Zamex MMC qəbul olunmuş sifarişləri eyni anda və birlikdə həyata keçirir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə Zamex MMC məsuliyyət daşımır. Məhsullar satıcı mağaza tərəfindən neçə bağlama olaraq xarici anbara çatdırılırsa, hər bağlama ayrılıqda hesablanır.

  • Sifariş edilmiş bağlamanın hərəkəti barədə müştəriyə bildirişlər göndəriləcəkdir. Anbara daxil olan bağlamanı müştəri daşınma haqqını ödəyərək özü təhvil ala və ya əlavə ödəniş edərək ünvanına kuryer sifariş edə bilər. 

  • Qəbul olunan bağlama ofisimizdə, kuryer çatdırılması edilibsə, kuryerin yanında yoxlanılmalıdır. Məhsulda hər hansı bir xəsarət olduğu təqdirdə yerindəcə əməkdaşlarımıza və ya kuryerə məlumat təqdim edilməlidir. Əks təqdirdə sonradan aşkarlanmış hər hansı bir çatışmazlığa görə Zamex MMC məsuliyyət daşımır.

  • Sifariş olunan bağlamanın “Daşıyıcı”nın yerli anbarına daxil olması barədə müştəriyə məlumat verildiyi andan etibarən 10 təqvim günü ərzində müştəri bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN saxlama haqqı hesablanır.  31-45 gün ərzində günlük 1 AZN saxlama haqqı hesablanacaqdır. Bağlamanı daşınma və saxlama haqqı ödənildikdən sonra təhvil ala bilərsiniz. 45 gündən artıq yerli anbarda qalan bağlamaya Zamex MMC cavabdehlik daşımayacaq.Müştəri “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.

  • Kuryer sifarişi əgər saat 12:00-a qədər qeyd edilirsə həmin gün ərzində çatdırılır, 12:00 dan sonra verilən kuryer sifarişləri növbəti gün ərzində çatdırılır. Kuryer əməkdaşı sifarişi çatdıran zaman qarşı tərəf ilə əlaqə yaratmaq olmursa, 10 dəqiqə gözləmə müddətindən sonra sifariş ləğv edilir.