İstifadəçi şərtləri
- Sistemdən qeydiyyatdan keçən istifadəçi şəxsi məlumatlarının (əlaqə nömrəsi, şəxsiyyəti təsdiq edən sənədin və s.) doğru daxil edilməsinə cavabdehliyi özü daşıyır.
- “Zamex MMC” daşıyıcı firma olduğundan satıcı tərəfindən göndərilən məhsulun tamlığına, ölçüsünə, formasına görə cavabdehlik daşımır.
- İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına 5-7 iş günü ərzində geri qaytarılır.
- Zamex MMC qəbul olunmuş sifarişləri eyni anda və birlikdə həyata keçirir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə Zamex MMC məsuliyyət daşımır. Məhsullar satıcı mağaza tərəfindən neçə bağlama olaraq anbara çatdırılırsa, hər bağlama ayrılıqda hesablanır.
- Bakıdan Naxçıvana çatdırılma müddəti əgər həftə içi gün ərzində saat 4-ə qədər Bakı anbarına daxil olarsa ertəsi gün Naxçıvana çatdırılır yəni 24 saat içində, saat 4-ü keçərsə bir gün sonrakı reysə qalır.
- Hava yolu daşıma şərtlərinə əsasən 1 məhsulun çəkisi maksimum 150 kg ola bilər, ölçülər isə 120 sm x 80 sm x 60 sm ölçüyə qədər olmalıdır.
- Naxçıvandan Bölgələrə və Bölgələrdən Naxçıvana çatdırılma isə 3-5 iş günü ərzində həyata keçirilir.
- Qəbul olunan bağlama ofisimizdə, kuryer çatdırılması edilibsə, kuryerin yanında yoxlanılmalıdır. Məhsulda hər hansı bir xəsarət olduğu təqdirdə yerindəcə əməkdaşlarımıza və ya kuryerə məlumat təqdim edilməlidir. Əks təqdirdə sonradan aşkarlanmış hər hansı bir çatışmazlığa görə Zamex MMC məsuliyyət daşımır.